Faydalı məlumat

DAHA GÖZƏL GÖSTƏRƏN RƏNGLƏR - ROKOL

ROKOL boyaları zəngin məhsul və rəng çeşidləri ilə istehlakçıların böyük marağına səbəb olmuşdur. Hər birimiz təmirin keyfiyyətli və nəticənin daha uzunmüddətli qalmasını istəyirik. Bir mənzilin, obyektin, tikilinin girişindən başlayaraq hər yerdə: daxili məkanlar, xarici fasadlar, mebel, parket, dəmir darvazalar, evin pəncərələrində və başqa yerlərdə ROKOL boyalarını görmək və istifadə etmək olar. Emulsiya boyaları, lak və dolğular, sintetik boyalar, epoksid və poliüretan boyalarından ibarət zəngin məhsul çeşidinə malik olan ROKOL boyaları bir çox üstünlükləri ilə də fərqlənir. Belə ki, bu boyalar səthə mükəmməl yapışır, çatlamır və qopmur. Yağışa, nəmə və günəş şüalarına və fiziki-kimyəvi təsirlərə, o cümlədən zərbəyə davamlıdır. ...

TƏMİR VƏ TİKİNTİDƏ İNNOVATİV YENİLİK: BLOKPAN GİPS HÖRGÜ BLOKLARI

“Mətanət A” Şirkəti daima elmi axtarışlarda olmuş, yeni innovativ və ekoloji sağlam məhsulların istehsalına nail olmuşdur. 15-illik yubileyini qeyd edən “Mətanət A” Şirkəti yeni innovativ məhsul olan Ağdağ Gips Bloklarını müştəri auditoriyasına təqdim etdi. Təmir və tikintidə yenilik olan gips bloklar evlərdə arakəsmələrin yaradılması üçün istifadə olunur....

KAFEL VƏ METLAX YAPIŞDIRAN ZAMAN BUNLARA DİQQƏT EDİN!

Müasir dövrdə gözəl dizaynlı evə sahib olmaq bir çoxlarının arzusudur. Bunun üçün uzun zaman araşdırma aparıb, keyfiyyətli məhsullar alır və təmir işlərinə başlayırıq. Lakin təmir bitdikdən qısa müddət sonra bəzi problemlər ortaya çıxır. Belə problemlər təkrar təmirə və ya estetik gözəlliyin itməsinə səbəb olur. Bu həm də əlavə xərc deməkdir. Təmir işləri başlayan zaman mətbəx, hamam və tualetin də kafellərini təzələyir, gözəl görünüşlü seramik plitələr seçirik. Lakin iş əsnasında və ya təmir bitdikdən sonra xoşagəlməz hallar ortaya çıxır. Məsələn: kafellərin rənglərində və ya kafellərin arasındakı aralıqdoldurmada cüzi də olsa rəng fərqləri ortaya çıxır; yapışdırılan plitələr bir müddət sonra qopur və ya çatlayır. Bu cür problemlərlə qarşılaşmamaq üçün nə etməli?...

BALTAYA ARTIQ EHTİYAC YOXDUR!

Əlavə vaxt itkisinə, fiziki əziyyətə ən əsası köhnə vərdişlərinizdən ayrılma zamanı gəldi. Təmir zamanı PARAKONTAKT –dan istifadə edin! Suvağınız qopmasın, ustanız yorulmasın....

Mətanət A-dan ixtira: FasNatural

FasNatural məhsulu “Mətanət A” şirkətinin yeni ixtirası olmasına baxmayaraq FasNatural ilə bərpa və bərpa olunan tikililərin sayı kifayət qədər çoxdur. Buna misal olaraq Milli Dram teatrın üzlənmə və bərpa işlərini, Səadət Sarayında fasad və daxili detallarının işlənib hazırlanmasını, Dövlət Ekologiya postunun fasadını, Mərdəkanda Polis Akademiyasının tədris korpusunun girişini, Nəsimi rayon İqtisad məhkəməsinin fasadını və s qeyd edə bilərik....

ƏHƏNGDAŞI NƏDİR? ƏHƏNGDAŞININ ÜSTÜNLÜKLƏRİ

Əhəng - əhəng daşının müxtəlif temperaturda bişirilməsi nəticəsində əmələ gəlir. Bu qarışıq su ilə həll edildikdə tipinə görə havada və ya suda qatılaşan, ağ rəngli, əsasən kalsium karbonatdan ibarət olan çökmə süxurdur. Təbi əhəng daşının tərkibi 90% kalsium karbonatdan ibarətdir. Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır....

TƏBİƏTDƏN EVİMİZƏ GƏLƏN SAĞLAMLIQ - GİPS SUVAĞI

İqtisadi cəhətdən inkişaf edən ölkələrdə tikililərin əksəriyyətində gips suvağından istifadə olunur. Hətta bəzi Avropa ölkələrində evləri və ofisləri suvamaq üçün yalnız gips əsaslı suvaqlardan istifadə etməyə icazə verilir....

ZİRZƏMİLƏRDƏ NƏMİN QARŞISINI NECƏ ALAQ?

Bu gün inkişaf edən Azərbaycanda o cümlədən Bakıda fərdi evlərin tikintisi sürətlə gedir. Tikilən evlər bəzən texniki tikinti qaydalarına cavab vermədiyinə görə sonradan bir sıra problemlərlə üzləşirik. Bu problemlərdən biri də evin zirzəmisinə suyun yığılması, divarların nəm çəkməsi və evlərə pis qoxuların yayılmasıdır. Xəzər dənizi sahilində yerləşən rayonlarda o cümlədən qrunt sularının çox olduğu bölgələrdə bu problemlə demək olar ki hər gün qarşılaşırıq. Bəs bu problemdən necə qurtulaq?!...

EVİNİZİ BOYAYACAQSINIZSA BUNLARI BİLMƏLİSİNİZ

Təmirin ayrılmaz hissəsindən biri də boya işləridir. Biz sizin üçün boya işləri zamanı diqqətlə yanaşmalı olduğunuz məsələləri araşdırdıq. Boyama zamanı əla nəticə əldə etmək və boyanın uzunömürlü olmasını təmin etmək üçün səthi bu işlərə hazırlamaq lazımdır....

HAMAR SƏTHLƏRİ NAHAMARLAMAĞIN ƏN RAHAT YOLU

Müasir dövrə yuxarıda qeyd etdiyimiz problemləri aradan qaldırmaq, suvağın ömrünü uzatmaq, işlərin tez və daha keyfiyyətli başa çatdırmaq üçün “Mətanət A” şirkəti sizin üçün “Parakontakt” məhsulunu istehsal etməyə başladı. Bu məhlul qəlibdən çıxan beton səthlə suvaq arasında ikitərəfli bağlayıcılıq yaradan, təmirin uzunömürlülüyünü təmin edən xüsusi məhsuldur. Belə ki, bu məhsul modifikasiyalı polimerləşdirilmiş, qatran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır....