Xəbərlər

BİRLİK VƏ BƏRABƏRLİK AYINDA DA GÖZDƏN ƏLİL İNSANLARIN YANINDAYIQ

Daima kimsəsizlərə, əlillərə, məcburi köçkünlərə, qayğıdan uzaq qalan uşaqlara, qocalara diqqət və qayğı göstərən “Mətanət A” şirkəti hər zaman olduğu kimi Müqəddəs Ramazan ayında da yardıma ehtiyacı olan insanların yanında oldu. Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “Mətanət A” şirkəti Ramazan bayramı münasibəti ilə Abşeron rayonu ərazisində yaşayan “Gözdən Əlillər Cəmiyyəti”-nə üzv olan gözdən əlil insanlarla görüş keçirdi....

“MƏTANƏT A” ŞİRKƏTİ DAĞISTAN İNŞAAT SƏRGİSİNDƏ UĞURLA İŞTİRAK EDİB

Ölkəmizi və milli iqtisadiyyatımızı hər zaman aktiv şəkildə beynəlxalq və regional sərgilərdə uğurla təmsil edən “Mətanət A” Şirkətlər Qrupu 13-14 may 2016-cı il tarixində Dağıstan Respublikasının Mahaçkala şəhərində keçirilən III regional sərgi-forumunda iştirak etmişdir. Şirkət öz məhsul portfeli ilə sərgi ziyarətçilərinin diqqətini cəlb etmişdir. ...

“QAN VER, XİLAS ET!”

Hər il ölkəmizdə 8 may Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Bununla əlaqədar “Mətanət A” şirkəti hər il olduğu kimi bu il də “Qan ver, xilas et!” şüarı ilə qanvermə aksiyası keçirdi. Qanvermə aksiyasının əsas məqsədi hemofiliya, talassemiya və leykemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılanmasına dəstək olmaqdır. Qanvermə aksiyasında “Mətanət A” şirkətlər qrupunda daxil olan Quru İnşaat Qarışıqları Zavodu, Yeni AĞDAĞ Gips Zavodu, Beton Qatqıları Zavodu, ROKOL Boya Zavodu, Gips Hörgü Bloku Zavodunun işçiləri könüllü surətdə aktiv iştirak etdilər....

25 APREL "SAHİBKARLAR GÜNÜ"DÜR

"Mətanət A" şirkətinin prezidenti Elxan Bəşirov da konfransda çıxış etmiş, bütün sahibkarları bu gün münasibətilə təbrik etmiş, Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsi üçün "Mətanət A" şirkətlər qrupunun gördüyü işlərdən, cənab prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində həyata keçiriləcək perspektiv layihələrdən söz açmışdır. ...

“MƏTANƏT A” ŞİRKƏTİ ŞƏHİD AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERİR

“Mətanət A” şirkəti aprel ayının ilk günlərində cəbhə xəttində baş verən döyüşlərdə işğal olunmuş torpaqlarımızın bir qisminin ordumuz tərəfindən işğaldan azad olunmasından və düşmənə layiqli zərbə vurulmasından böyük qürur hissi keçirir, döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. ...

“USTALAR KLUBU” XAÇMAZDA USTALARA TƏLİM KEÇDİ

“Mətanət A” şirkətinin “Ustalar Klubu” Xaçmaz şəhərində təlim həyata keçirib. Təlimə qatılan yüzə qədər hörgü ustası Azərbaycanda ilk dəfə istehsal olunan və bir yenilik olan BLOKPAN gips hörgü blokunun hörgü prosesi ilə tanış olublar. Ustalar məhsulun üstün cəhətlərini əyani olaraq görüblər. Təlim zamanı ustalara qaranlıq qalan məqamlar mütəxəssislər tərəfindən cavablandırılıb. Sonda ustalara hədiyyələr və peşəkarlıq sertifikatı verilib....

XOCALI FACİƏSİ UNUDULMUR

Azərbaycanın ən qədim tarix və mədəniyyət yerlərindən sayılan Xocalı şəhərində 1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələrinin hücumu nəticəsində genosid aktı həyata keçirilib. Xocalı Soyqırımı nəticəsində 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil....

PREZİDENT İLHAM ƏLİYEV YENİ AĞDAĞ GİPS ZAVODUNUN RƏSMİ AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ Gips Zavodunun açılışı mərasimində iştirak edib....

“MƏTANƏT A” ŞİRKƏTİ BAKUBUİLD 2015 BEYNƏLXALQ İNŞAAT SƏRGİSİNDƏ UĞURLA İŞTİRAK EDİB

Hər zaman sahibkarlıq fəaliyyətinə dövlət dəstəyini öz üzərində hiss edən Mətanət A şirkəti bu il 21-ci BakuBuild 2015 Beynəlxalq İnşaat sərgisində fəaliyyətini uğurla davam etdirib. Təmir və tikinti məhsulların istehsalında qabaqcıl yerlərdən birinə sahib olan, yerli və beynəlxalq sərgilərin daimi iştirakçısı olmuş “Mətanət A” şirkəti BakuBuild 2015 Beynəlxalq İnşaat sərgisində ənənəvi məhsullarla yanaşı ən yeni innovativ tikinti materialları ilə ictimaiyyətin görüşünə gəlib....

BİZ HƏR ZAMAN SİZİNLƏYİK

Müsəlman aləminin ən vacib və ən gözəl bayramlarından biri olan Qurban Bayramı birlik və bərabərliyin rəmzi hesab olunur və bu bayramın təməlində xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur. Bayramın əsas ideyası da Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələr ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bu baxımdan 15 ildir fəaliyyət göstərən “Mətanət A” şirkəti hər il olduğu kimi bu il də imkansız, sosial təminatı az olan, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkün ailələrinin yanında oldu, keçirdiyi bayram tədbiri ilə onları sevindirdi....