DAHA GÖZƏL GÖSTƏRƏN RƏNGLƏR – ROKOL

Son zamanlar “Yeni nəsil gəlir! Sözdə yox işdə Alman texnologiyası!” sloqanı hər kəsin marağınaRokol boya üz səbəb olmuş, bunun haqqında maraqlı fikirlər söylənmişdi. Nəhayət ki, sirrin üstü açıldı və ictimaiyyətə yeni nəsil boya  istehsal edən “ROKOL Boya Zavodu” təqdim olundu. Bu zavod müasir alman texnologiyaları əsasında qurulub və ROKOL boyaları insan əli dəymədən hazırlanır. ROKOL boya zavodunda smart texnologiyalar əsasında hazırlanan boyalar avtomatlaşdırılmış şəkildə qablara doldurulur, etiketlənərək istehlakçılara təqdim olunur. Təbii ki, bütün istehsal prosesinin avtomatlaşdırılması zavodun Avropa istehsalat prosesinə tam uyğunlaşdırılması ilə nəticələnmişdir. Şirkət müasir texnologiyaları tətbiq etməklə xalqımıza ekoloji sağlam, keyfiyyətli Yeni nəsil- ROKOL Boyalarını təqdim edir.

Artıq ROKOL boyaları zəngin məhsul və rəng çeşidləri ilə istehlakçıların böyük marağına səbəb olmuşdur. Hər birimiz təmirin keyfiyyətli və nəticənin daha uzunmüddətli qalmasını istəyirik. Bir mənzilin, obyektin, tikilinin girişindən başlayaraq hər yerdə: daxili məkanlar, xarici fasadlar, mebel, parket, dəmir darvazalar, evin pəncərələrində və başqa yerlərdə ROKOL boyalarını görmək və istifadə etmək olar. Emulsiya boyaları, lak və dolğular, sintetik boyalar, epoksid və poliüretan boyalarından ibarət zəngin məhsul çeşidinə malik olan ROKOL boyaları bir çox üstünlükləri  ilə də fərqlənir. Belə ki, bu boyalar səthə mükəmməl yapışır, çatlamır və qopmur. Yağışa, nəmə və günəş şüalarına və fiziki-kimyəvi təsirlərə, o cümlədən zərbəyə davamlıdır.

ROKOL boyalarının üstünlüklərindən biri də təbiət rənglərini evinizə gətirməsidir. Belə ki, istehlakçılar istədikləri rəngi seçərək sifariş verir və o rəngdə məhsul əldə edirlər. ROKOL boyalarından istifadə olunmuş bütün növ səthlər saralmır, rəngi solmur,  yüksək keçiricilik qabiliyyəti sayəsində daim parlaq qalır. Müasir interyer və eksteryerin bir parçası hesab olunan boyalar Avropa memarlığında da geniş yayılıb. ROKOL boyalarının təqdim etdiyi müxtəlif rəng çalarları evlərinizdə göz oxşayan dizaynların yaradılmasında əvəzsiz rol oynayacaq. ROKOL boyaları ilə boyamaqdan zövq alacaqsınız.