DİVAR DİZAYNININ ƏN İNCƏ MƏQAMLARI

Biz təmir işlərinə başlayarkən ən çox düşündüyümüz məsələlərdən biri divarların dizaynıdır. Boyadanmı yoxsa oboydanmı istifadə etməli?  Harada nə istifadə etsəz daha qazanclı çıxarsınız? Bu kimi suallarla qarşılaşdığınız zaman ən incə məqam isə öz zövqünüzə güvənməyinizdir.  Biz sizə müasir dizaynda istifadə olunan oboy və boya ilə yanaşı, artıq öz sözünü demiş mineral əsaslı dekorativ fasad örtüklərindən də bəhs edəcəyik. 

DİVAR KAĞIZLARI HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK!

Müasir dövrümüzdə divar kağızları artıq evimizin, ofislərimizin, restoranların, hətta bütün məkanların dekorasiyasının ayrılmaz hissəsinə çevrilib. Hər hansı bir məkana girdiyimizdə ən çox nəzərə çarpan və diqqət yertidiyimiz hissə otağın divarı və onun dekorasiyasıdır. Müxtəlif detallarla evimizə, ofisimizə hətta müxtəlif iaşə obyektlərinə fərqli bir görkəm versək də, onun tamamlayıcı hissəsi oboy olacaqdır.

Divar kağızı seçimində bir necə incə məqam var:

  • Divar kağızını vuracağımız məkan
  • Divar kağızının hazırlandığı material
  • Ən əsası isə onun rəngi

BUNLARI BELƏ AYDINLAŞDIRAQ

Divar kağızını vuracağımız məkan dedikdə həmin yerin nə üçün istifadə olunacağı nəzərdə tutulur. Bundan başqa təmiri kirayə tutduğumuz məkanda, ofisdə və ya daimi yaşayacağımız evdə apara bilərik.

Divar kağızının hazırlandığı material dedikdə isə onun keyfiyyət məsələsi nəzərdə tutulur. Yani divar kağızları kağız əsaslı olmaqla yanaşı, parça və sintetik əsaslı da ola bilər. Ən keyfiyyətli oboylar isə parça lifli olanlardır. Divar kağızının keyfiyyətini yalnız toxunmaqla bilmək olar. Dırnağımızla kağızı cızaraq onun necə dözümlü olduğunu aydınlkaşdıra bilərik.

Dizayn məsələsinə gəldikdə isə seçəcəyimiz divar kağızının rəngi hər şeyi həll edir. Məsələn uşaq otağı üçün seçilən oboy bir az rəngarəng, personajlı olmalıdırsa, yataq otağı üçün seçilən oboy isə əsasən tünd rəngli və monoton olur. Bu baxımdan müasir dövrdə mütləq zövqümüzə uyğun oboy tapa bilərik.

 

DİVARLARIN DAXİLDƏ BOYANMASI

Divarların daxili dizaynı zamanı istifadə olunan vasitələrdən biri də boyamadır. Əslində təmir işində ən ucuz və rahat vasitə olaraq boyama işləri üçün ən keyfiyyətli və ən  məsləhətli boyaları seçmək lazımdır. “ROKOL” boyaları bu baxımdan sizin köməyinizə çatacaq. Bu boyalar alkid əsaslı, yüksək örtmə qabliyyətinə, saralmağa qarşı müqavimətə, sürtünməyə və suya qarşı dayanıqlığa malik, asan silinə bilən və mükəmməl yayılma gücü sayəsində asan istifadəni təmin edən sintetik tərkiblidir. Bu boyadan bütün növ metal, taxta, suvaq və beton səthlərdə istifadə edə bilərsiniz. bu boyaları istifadə edərkən səth yapışmağa mane olan hər növ toz, yağ, pas, parafin və s. qalıqlardan təmizləməlisiniz. Siz  rəng seçimində mütləq diqqətli omalısınız. Çünki bu boyalar sizi uzun müddət təmirdən azad edəcək. Buna görədə seçəcəyiniz rəng zövqünüzü oxşamalıdır.

DİVAR DEKORASİYASININ MÜASİR ÜSULLARI

 

Müasir texnologiyaların və innovativ yeniliklərin tətbiqi divar dekorasiyasından da yan keçmədi. Belə ki, artıq klassik divar kağızları və boyalarla yanaşı yeni dekorasiyalar da tətbiq olunmağa başlayıb. Bunlar müxtəlif daşlar, süxurlar, dəniz çoküntüləri və s.-dir. Ən son texnologiyalarla istehsal olunan “FasMazaik”

bu gün sürətlə istifadə sahəsini genişləndirir. Belə ki, “FasMazaik” tərkibində xüsusi maddələr olan, daxili və xarici səthlərdə istifadə olunan dekorativ-mozaika suvağıdır.

Bu fasad örtüyündən binaların daxili və xarici divarlarında, suvaq, beton, taxta, panel və s. səthlərdə istifadə olunur.

 

ÜSTÜNLÜKLƏRI VƏ İSTIFADƏ QAYDALARI  

 

  • səthə mükəmməl yapışır;
  • yağış, nəm, günəş şuaları və s. kəskin hava şəraitlərinə dözümlüdür;
  • dəniz sahillərindəki nəmə qarşı davamlıdır;
  • elastikdir, çatlamır, tökülmür;
  • rəngi solmur;
  • müqaviməti çox yüksəkdir;
  • yuyulabiləndir.

        

Məhsulu istifadə etməzdən əvvəl səth yağ, pas, parafin və digər yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir. Səthdəki çatlar və çuxurlar F-Pas fasad məcunu ilə düzəldilməlidir. Səth BİNMADER astarla astarlanmalı və astar quruduqdan sonra dekorativ suvaq səthə çəkilməlidir. Dekorativ suvağı arasında hava boşluğu qalmamaq şərtilə paslanmayan metal mala ilə eyni istiqamətə doğru çəkin və cilalayın. Beləliklə sizin evinizin təmiri göz qamaşdıran və yeni dizayna malik olacaqdır.