EVİNİZİN DÖZÜMLÜ OLMASI ÜÇÜN DİQQƏT EDİN!

 BETON NƏDİR?

Müasir inşaat sektorunda tikilən bütün binaların, yaşayış evlərinin özülünü beton konstruksiyaları təşkil edir. Beton konstruksiyalar tikilinin onurğası hesab olunur. Çünki inşa olunan obyektin beton qatqıları nə qədər keyfiyyətli və standartlara cavab verərsə bir o qədər təbii fəlakətlər, təbiət hadisələri zamanı təhlükəsizliyiniz təmin olunmuş olar. Bu həm də tikilinin uzunömürlü olmasına səbəb olar. Biz beton nədir?, hansı növləri var?, davamlı və dayanıqlı betonu necə hazırlamaq olar?  kimi suallara cavab verəcəyik.

 

Xüsusi məhlul olan betonun tərkibi sementdən çınqıldan və ya qırmadaşdan, qumdan və sudan ibarətdir. Doldurucuların həcm kütləsinə görə beton ağır-yani adi beton və yüngül olmaqla iki növə ayrılır. Bu növlər də öz növbəsində tərkibindəki yapışdırıcı maddənin növünə görə sement-betona, silikat betona, gips betona və posabetona bölünür.

 

Tikintidə tətbiq sahələrinə görə konstruktiv, yüksək markalı 600 və daha çox, hidrotexniki, yol, istilik izolyasiyası, kimyəvi davamlı, istiliyə davamlı, dekorativ və hidrat betonlar olur. Ağır beton hazırlamaq üçün işlədiləcək sementin markası betonun markasından asılıdır.

KEYFİYYƏTLİ BETON NECƏ HAZIRLANIR?

Su-sement nisbətini azaltmaqla və beton qarışığını daha mükəmməl qarışdırmaqla onun möhkəmliyini artırmaq olar. Betonun şaxtaya davamlılığı sementin növündən və doldurucuların şaxtaya davamlılığından asılıdır.

 

Betonun korroziyaya davamlılığını artırmaq üçün bitum və keramik tavalarla örtürlər. Betonun istiliyə davamlılığı 500°c-yə qədər olur . 100-dən 200°c-yə qədər uzun müddətli temperatur təsirindən betonun möhkəmliyi 25% azalır.

Bematon-3060

 

 

Bütün bunlardan əlavə tikinti sahəsində elm və texnologiyaların inkişafı nəticəsində betona əlavə qatqıların qatılması onun müxtəlif şəraitlərdə və temperaturlarda istifadəsini rahatlaşdırır. “Mətanət A” şirkətinin istehsal etdiyi “Bematon”, “Floton”, “Oketon” və “Antiair” qatqılarının müxtəlif növləri sizin tikilinizin möhkəmliyini artıracaq, istənilən vaxt tikinti-təmir işlərinizi aparmağa kömək edəcək. Bütün bu qatqılar barədə siz http://www.matanata.com/?lang=az&id=40  səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz.