GÖZƏL DİZAYNLI HAMAMA NECƏ SAHİB OLAQ?

Bu yazımızda hamam təmiri haqqında bilmənizin vacib olduğu məsələlər barəsində yazacağıq. Necə hamam növlərinə üstünlük verməliyik? Hamam təmir edərkən nələrə diqqət etməliyik? Bu yazıda seramika seçimi, dekorasiya və bir çox suala cavab tapacaqsınız.

Hamam təmiri nədir?

Hamam təmiri evlərdə, binalarda, ofis, iş yeri və b. yerlərin içində olan kiçik otağın qismən və ya tam olaraq təmir işləridir.imagesCAARKEZF Hamam təmir etmək bir işlə yekunlaşmır. Buraya müxtəlif profilli sahələr daxildir və evimizin təmiri zamanı ən bahalı təmir sahələrindən biridir. Təmirin uğurla başa çatması isə istifadə olunacaq tikinti materiallarından çox aslıdır. Bəzən biz minlərlə manat xərclədiyimiz bu təmir işlərini bir neçə ildən sonra təkrarlamalı oluruq. Bəzən düzgün dekorasiya seçməmək, bəzən isə istifadə olunan keyfiyyətsiz materiallar bizi buna vadar edir.

Hamam təmiri zamanı diqqət edəcəyimiz məsələlər aşağıdakılardır:

  • Kafel və metlax seçimi
  • Kiçik şkafların seçimi
  • Vannanın təmiri və ya dəyişdirilməsi
  • Sauna hissəsinin dəyişdirilməsi, təmiri və ya yenidən qurulması
  • İşıqlandırma sisteminin təmiri və ya quraşdırılması
  • əl-üz yuyan çanaqlarının təmiri və ya quraşdırılması

 

Hamam təmirindən sonra qarşılaşdığımız problemlər hansılardır?

  • Yapışdırılan kafel və metlaxların qopması, çatlaması və sınması
  • Edilən boya işlərinin aşınması və rənginin dəyişməsi
  • Dekorasiya və dizaynın yenilənməsinə ehtiyacın yaranması

Kafel və metlax seçimi 

Hamama estetik gözəllik verən və onun ayrılmaz hissəsi olan kafel və metlaxların seçilməsində diqqətli olmaq lazımdır. Çünki təmirin effektivliyini təmin etmək üçün müxtəlif mozaikalarla, şəkillərlə, illüstrasiyalarla bəzədilmiş kafellər sizin dizaynınızın və zövqünüzün əsasını təşkil edəcəkdir. Hamam otağına daxil olan şəxs ilk olaraq onun kafel və metlax seçiminə heyran olmalıdır.ttt Amma gözəl kafel seçimi ilə yanaşı onun yapışdırlıması, yapışma zamanı keyfiyyətin itməməsi, aralıq doldurma materialları və s. də öz sözünü deyəcək. “Mətanət A” şirkəti bu mərhələdə də öz məhsulları ilə köməyinizə gələcək (ətraflı http://www.matanata.com/ saytında). Kafel və metlax niyə qopur, çatlayır və ya sınır? Bu sual bəzilərimizi çox düşündürsə də əslində cavabı elə də çətin deyil. Əvvəla hamam otağı suyun və boru xətlərinin ən çox olduğu məkandır. Burada kafel və metlaxın altında qalan isti və soyuq su, kanalizasiya boruları gələcəkdə təmirimizin korlanmasına səbəb olur. Bu problemlərdən qurtulmaq üçün təmirə başlamazdan əvvəl bütün sadalanan boruları yeniləmək lazımdır. Bundan əlavə seçdiyimiz kafel və metlax yapışdırıcıları istiyə və soyuğa davamlı olmalıdır. Çünki zamanla davamsız yapışdırıcılar aşınmaya məruz qalaraq kafelin altında boşluqların yaranmasına səbəb olur. Bu boşluqları üzərində duran kafel və metlax yüklənməyə məruz qaldıqda sınma və çatlama ilə nəticələnir. Əvvəlki yazılarımızda bu barədə ətraflı məlumat vermişdik.

Boya işləri

Hamamda boya işlərinə təsadüfi hallarda rast gəlinsə də bəzi insanlar kafel və metlaxla yanaşı divarın rənglənməsinə  də yer ayırır. Qeyd edək ki, bu hamam otağı üçün uzunömürlü olmasa da, düzgün boyama və boyanın seçilməsi keyfiyyəti artıra bilər.  Bunun üçün sizə “ROKOL” boyalarını məsləhət görürük.

Dekorasiya nece olmalıdır?

Üçüncü məsələ dekorasiyadır. Yuxarıda qeyd etdiyimiz kimi, hamam dekorasiyasının əsasını seramika seçimi təşkil edir. Bəzən biz müxtəlif reklamlara, dəb dediyimiz dizaynlara aldanırıq. Bir neçə il ərzində bu dizayn köhnəlir və yeni dəb ortaya çıxır. Buna görə də siz öz zövqünüzə güvənməlisiniz. Təmiri öz rahatlığınız və büdcənizi düşünərək edin, öz dəbinizi özünüz yaradın. Ağ və qara rəngin harmoniyasından yararlanın. Hamam otağınızı gələcək əlavələri nəzərə alaraq düzənləyin. Genişliyə və rahatlığa fikir verin.