HAMAR SƏTHLƏRİ NAHAMARLAMAĞIN ƏN RAHAT YOLU

Müasir dövrdə inşaat sektorunun sürətlə inkişaf etməsi təmir sahəsində qarşıya çıxan problemlərin həlli üçün yeni innovativ PARAKONTAKT az curveməhsul istehsalı zəruriyyəti yaratmışdır. Belə ki, yeni tikililərdə, beton səthlərdə suvaq işi aparan zaman bəzi çətinliklər ortaya çıxır, suvanmış sahə tez aşınırdı. Bunun əsas səbəbi isə qəlibdən çıxmış beton səthin həddindən artıq hamar olmasıdır.

Qəlbdən çıxmış beton səthi suvamaq üçün ustalar köhnə üsuldan- balta ilə səthdə çapıqlar, yırtıqlar açmaq- istifadə edirdilər. Lakin zaman keçdikcə daxili məkanlarda olan alçipan, lambir, şüşə səth, alçı və bu kimi materialların üzərini suvamaq zəruriyyəti ortaya çıxdı. Tavanın köhnə üsulla nahamarlaşdırılması bir çox qəzalara, çətinliklərə səbəb oldu.

Müasir dövrə yuxarıda qeyd etdiyimiz problemləri aradan qaldırmaq, suvağın ömrünü uzatmaq, işlərin tez və daha keyfiyyətli   başa çatdırmaq üçün “Mətanət A” şirkəti sizin üçün “Parakontakt” məhsulunu istehsal etməyə başladı. Bu məhlul qəlibdən çıxan beton səthlə suvaq arasında ikitərəfli bağlayıcılıq yaradan, təmirin uzunömürlülüyünü təmin edən xüsusi məhsuldur. Belə ki, bu məhsul modifikasiyalı polimerləşdirilmiş, qatran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır.

 

İstifadə sahələri:

  • Daxili məkanlarda, şaquli səthlərdə və tavanlarda;
  • Alçı, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli kontakt yaradan astar mayesi kimi istifadə olunur;
  • Daxili məkanlarda, şaquli və üfüqi səthlərdə;
  • Beton tavanlarda;
  • Şüşə səthlərdə;
  • Alçipan və lambir vurulmuş səthlərdə;
  • Gips, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli bağlayıcılıq yaradan astar kimi istifadə olunur.

“Parakontakt” məhlulunun üstünlükləri

  • İstifadəsi asandır;
  • Sement və xüsusilə alçı əsaslı suvaqların qəlibdən çıxan beton səthlərə yapışma müqavimətini artırır;
  • Tərkibində həlledici yoxdur;
  • Sement və xüsusilə alçı əsaslı suvaqların suyunu tez itirməsinin qarşısını alır;
  • Suvaqların istifadə müddətini artırır;
  • Tavanı suvamaq üçün balta ilə çərtməyə ehtiyac yoxdur.

 

İsitfadə qaydaları 

Səthin hazırlanması. İstifadə olunan səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.Qarışığın hazırlanması. 10 kq-lıq PARAKONTAKT məhsulunu xüsusi vedrə içərisinə tökün və onun üzərinə məhsulun kütləsinin 1%-i qədər su əlavə edin. Bircinsli məhlul əldə edilənədək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə qarışdırın.

 

Tətbiqi

Qarışdırılmış və istifadəyə hazır hala gətirilmiş məhsulu vərdənə ilə əvvəlcədən hazırlanmış səthə çəkin. PARAKONTAKT çəkildiyi səthin suyunu sürətlə özünə çəkdiyindən istifadədən əvvəl səthin suyu özünə çəkmə qabiliyyəti yoxlanılmalıdır. PARAKONTAKT çəkilmiş səthlərə sement və xüsusilə alçı əsaslı suvaqların vurulmasına məhsulun qurumasından 24 saat sonra başlamaq olar.

 

Tövsiyələr

PARAKONTAKT məhsulunun istifadə olunduğu səthin tempraturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Xarici səthlərdə istifadə olunmamalıdır. Həm istifadə müddətində, həm də sonra astarın təmiz saxlanılması vacibdir. PARAKONTAKT rütubət nisbətinin yüksək olduğu mühitlər üçün münasib deyildir (məsələn: hamam, sauna, üzgüçülük hovuzları və s.). İstifadə zamanı məhsul müntəzəm olaraq qarışdırılmalıdır.