“Mətanət A” Ustalar Klubu

Biz kimik?

Ustalar Klubu Azərbaycanda ilk dəfə “Mətanət A” Şirkəti tərəfindən yerli peşəkar ustaları vahid bir məkanda toplamaq məqsədilə yaradılıb.

Məqsədimiz nədir?

Klubun əsas məqsədi ustaların bilik və bacarıqlarını artırmaq üçün onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır.

Ustalara “Mətanət A” Şirkətinin məhsulları, onların istifadə qaydaları, habelə məhsullarımızla bağlı endirim və uduş kampaniyaları barədə mütəmadi və operativ məlumat vermək, onlara texniki servis xidmətləri ilə dəstək olmaq, eyni zamanda, ustaların iş tapması ilə bağlı kömək etmək də əsas məqsədlərimizdəndir.

Hansı xidmətlərimiz var?

Ustalar Klubunun üzvləri mütəmədi olaraq öz bilik və bacarıqlarını artırmaq məqsədilə Şirkətimizin çap etdiyi materiallarla təmin edilir, müvafiq kurslarda iştirakına şərait yaradılır.

Klubumuzda ustaların asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif yönümlü tədbirlər həyata keçirilir.

Kimlər bizdən yararlana bilər?

Ustalar Klubu professional ustalarla işləmək istəyən vətəndaşlarımız üçün də çox əhəmiyyətli bir məkandır. Belə ki, evini və iş yerlərini təmir etdirmək istəyənlər artıq peşəkar ustaları bizim məkanda rahat tapa bilərlər. Bunun üçün, Ustalar Klubunun meneceri ilə əlaqə saxlamaq kifayətdir. Qısa zamanda Sizə peşəkar və sərfəli ustalar tapmaqda yardımçı olarıq.

Bizə necə üzv olmaq olar?

Hazırda Klubumuzun 2000-dən çox üzvü var və sıralarımız günbəgün artmaqdadır. Ustalar Klubuna üzv olmaq üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsinizI

· Təlim seminarlarımızda, mağazalarımızda müraciət anketini doldurmaqla;

· Web saytlarımızda (www.usta.azwww.matanata.com və www.agdag.az) müraciət anketini doldurmaqla

· Ad, soyad, hansı sahədə usta kimi fəaliyyət göstərdiyi barədə məlumatı SMS vasitəsilə (+994) 50 278 65 98 nömrəsinə göndərməklə

· Facebook.com/Ustalarklubu ünvanından müraciət edərək