HİDROİZOLYASİYA, FAYDALARI, TƏTBİQİ

Hidroizolyasiya nədir?

Tikintilərimizə zərər verən ən önəmli faktorlardan biri də sudur. Tikintilərimiz: yağış, qar, torpağın nəmi, tikintinin inşa edildiyi məkanda olan yeraltı sular kimi xarici qaynaqlı və eyni zamanda hamam və tualetlərdə istifadə edilən daxili qaynaqlı suların mənfi təsirinə məruz qalır. Tikintimizi və rahatlığımızı təhdid edən suların bu cür təsirindən qorunmaq üçün edilən əməliyyatlara hidroizolyasiya deyilir.

Hidroizolyasiyanın faydaları nələrdir?

Binalarımıza və ya yaşadığımız məkana nüfuz edən su tikintinin dayaq hissələrində iştirak edən dəmirlərin paslanmasına və daşıma tutumunun zəifləməsinə gətirib çıxarır. Bu cür sular həm də betonun çürüməsinə və çatlamasına səbəb ola bilər. Hidroizolyasiyanın tətbiqi binanın təhlükəsizliyini təmin etməklə yanaşı,  həm də bakteriya və kiflərin meydana gəlməsinin, suyun dam və tavanlarımızdan damlamasının qarşısını alaraq yaşadığımız mühitin sağlam və rahat olmasını təmin edir.

Hidroizolyasiya haralara tətbiq olunur?

Hidroizolyasiyanı binalara suyun nüfuz edə biləcəyi sahələrə edirlər. Bunlar torpaq ilə təmasda olan divarlar, təməllər və torpağa oturan döşəmələr, suyun tikinti xaricində yığıla biləcəyi və basabiləcəyi səviyyənin altındakı xarici divarlar, balkonlar,terraslar, maili damlar, hamam, sauna, tualet və s. kimi daim suya məruz qalan hissələrdir. Hidroizolyasiyanın bir başqa tətbiq sahəsi də suyun daim içərisində qalmasını istədiyimiz su anbarları, süni gölməçə və hovuz kimi strukturlardır.

Hidroizolyasiya necə tətbiq olunur?

Hidroizolyasiya tikintilərimizə suyun nüfuz edə biləcəyi təməl, dam kimi yerlərə su keçirməyən materiallar vasitəsilə tətbiq olunur. Bunun üçün polimer bitumlu örtüklərdən, sintetik örtüklərdən və fırça ilə çəkilə bilən xüsusi sement və qum tərkibli hidroizolyasiya məhsullarından istifadə olunur. İzolyasiyanın tətbiqi ilə binaya keçə bilməyən su süzgəclər və yağış suyu drenaj (su boruları) boruları vasitəsilə tikintidən uzaqlaşdırılır.

Hidroizolyasiya  üçün ən mükəmməl məhsullar hansılardır?

“İzoLatex” 4000 HİDROLİZASİYA QARIŞIĞI (toz+maye), 4 barhgkujh

“İzoLatexe Eko” HİDRO İZOLYASİYA QARIŞIĞI (toz+maye) 2 bar

“İzoLatexe SUPER ” HİDROLİZASİYA QARIŞIĞI (toz+maye), 7 bar

“İzoLatexe UV” HİDROLİZASİYA QARIŞIĞI(toz+maye), 4 bar

“İzoLatexe” UV Super HİDROLİZASİYA QARIŞIĞI (toz+maye), 7 bar

“İzoKrist” ZİRZƏMİLƏRDƏ NƏMİN QARŞISINI ALAN VƏ KRİSTALLAŞAN HİDROLİZASİYA QARIŞIĞI

“İzoLex” BİRKOMPONENTLİ HİDROLİZASİYA QARIŞIĞI

“İzoAntiasid” KANALİZASİYA SİSTEMLƏRİ ÜÇÜN HİDROLİZASİYA QARIŞIĞI

“İzoBitex” BİTUM ƏSASLI HİDROLİZASİYA QARIŞIĞI

“MA Latex” YAPIŞMA MÜQAVİMƏTİNİ VƏ ELASTİKLİYİ ARTIRAN HİDROLİZASİYA QARIŞIĞI

“İzoKontakt” 1 AKTİV SU SIZINTILARININ QARŞISINI ALAN, TEZQURUYAN QARIŞIQ (ağ,boz)

“İzoKontakt” 2 TEZ QURUYAN TƏMİR MONTAJ QARIŞIĞI

“İzoFakt” EPOKSİD ƏSASLI QORUYUCU ÖRTÜK MƏHSULU (Komponenet A+ Komponenet B)

 

Məhsullarımız haqda məlumatı http://www.matanata.com/?lang=az&id=28 linkindən öyrənə bilərsiniz. Həmçinin məhsulların istifadə qaydaları haqda səhifəmizi izləyənlər üçün növbəti paylaşmalarada məlumat veriləcək.