HOVUZDA UZUN ÖMÜRLÜ İZOLYASİYA VƏ KERAMİKA TƏTBİQİ NECƏ EDİLİR?

Üzmə hovuzunda dəmir-beton divar və seçilmiş məkan tək başına su sızıntısını və qaçağını əngəlləyəcək xühovuzxsusiyyət daşımaz. Çünki suyu çıxarmaq üçün dəliklər, su girişləri və pəncərə kimi xüsusi hissələr  sızmama baxımından zəifdir. Beton tikintilərdəki divarla yerin birləşmələri və təmir nöqtələri də su sızıntılarına səbəb ola biləcək zəif bölgələrdir. Həmçinin üzmə hovuzlarında müxtəlif faktorlarla əlaqədar köhnəlmələr yarana bilər, Belə ki, hovuzun istifadə məqsədindən asılı olaraq, istifadə edilən suyun az ya da çox xlorlu olması, periodik baxımda istifadə olunan yuyucu və yüngül turşular köhnəlməyə gətirib çıxarır.

Hovuza döşənilən keramikalar dolu hovuzlarda müsbət, boş hovuzlarda mənfi təsirə məruz qalırlar. Soyuq havalarda isə don təhlükəsi altında olurlar.

Bu səbəblə bütün bu faktorlardan qorunmaq və uzun ömürlü hidroizolyasyon tətbiqini təmin etmək üçün xlorlu suya, don təhlükəsinə, mənfi və müsbət təsirlərə dayanıqlı bir KERAMİKA YAPIŞDIRICISI istifadə olunmalıdır. Çünki ediləcək keramika tədbiri həssas bir əməliyyatdır. Bundan əlavə ara boşluqları da təmizlik vasitələrinə və kimyəvi maddələrə qarşı müqavimətli bir aralıq doldurma qarışığı ilə doldurulmalıdır.  Belə həssas əməliyyatlar üçün isə ən etibarlı məhsullar məhz Mətanət A şirkətinin məhsullarıdır.

Ətraflı məlumat üçün http://www.matanata.com/?lang=az&id=25 linkinə baxa bilərsiz. Aşağıdakı şəkildə arzuladığınız hovuzu hazırlamaq üçün seçilə biləcək məhsullar nümunə kimi göstərilmişdir.