KAFEL VƏ METLAX YAPIŞDIRAN ZAMAN BUNLARA DİQQƏT EDİN!

Müasir dövrdə gözəl dizaynlı evə sahib olmaq bir çoxlarının arzusudur. Bunun üçün uzun zaman araşdırma aparıb, keyfiyyətli məhsullar alır və təmir işlərinə başlayırıq. Lakin təmir bitdikdən qısa müddət sonra bəzi problemlər ortaya çıxır. metlaxBelə problemlər təkrar təmirə və ya estetik gözəlliyin itməsinə səbəb olur. Bu həm də əlavə xərc deməkdir. Təmir işləri başlayan zaman mətbəx, hamam və tualetin də kafellərini təzələyir, gözəl görünüşlü seramik plitələr seçirik. Lakin iş əsnasında və ya təmir bitdikdən sonra xoşagəlməz hallar ortaya çıxır. Məsələn: kafellərin rənglərində və ya kafellərin arasındakı aralıqdoldurmada cüzi də  olsa rəng fərqləri ortaya çıxır; yapışdırılan plitələr bir müddət sonra qopur və ya çatlayır. Bu cür problemlərlə qarşılaşmamaq üçün aşağıdakılara diqqət etmək lazımdır:

  • Kafel və metlax alarkən keramikanın ölçü və rəng kodları qablaşdırma üzərində yazılı olmalıdır. Eyni tarixdə çıxarılmış, eyni ölçülü və rənglərdə keramika qutularını almağınız vacibdir.
  • İstifadə olunan səthə uyğun olaraq məhsul seçməlisiniz. Çünki istifadə yerlərinə görə fərqli qalınlıqda, tərkibdə və quruluşda keramik plitələr vardır. Məsələn, sıx istifadə olunan sahələrdə daha davamlı keramika plitələri seçilməlidir.
  • Keramika döşənən zaman kafellər arasındakı məsafəyə diqqət etmək və düzgün aralıqdoldurma qarışığından istifadə etmək lazımdır. Kafel və metlax arasındakı boşluqlar 3 mm-dən az olmamaq şərti ilə, plitənin böyüklüyünə görə 8 mm-ə qədər olmalıdır.
  • Kafel və metlax yapışdırıldıqdan sonra səthdən, mühit şərtlərindən və yapışdırıcının növündən aslı olaraq müəyyən bir müddət keçdikdən sonra (təxminən 1 gün) aralıqdoldurma işləri həyata keçirilməlidir.
  • Kafel və metlax yapışdırılmazdan əvvəl səth hidroizoliyasiya məhsulları ilə (məs: “İzoLatex” 4000 ilə) izolyasiya olunmalıdır. Bu nəmin qonşu otaqlara keçməsinin qarşısını alar və təmirin ömrünü uzadar.

Ümumiyyətlə isə təmir zamanı kafel və metlaxın qopma səbəbləri aşağıdakılardır:

  • Qarışıq hazırlanan zaman kifayət qədər suyun əlavə olunmaması
  • Səth hazırlığının düzgün edilməməsi
  • Mühitin istiliyinin yüksək olması (> 25C)
  • Yapışdırıcının mala ilə çəkilən zaman küləyin təsirinə məruz qalması
  • Keramik piltələri yapışdıran zaman quruma müddətinin nəzərə alınmaması
  • Səthə uyğun keramika yapışdırıcısının seçilməməsi
  • Səhv yapışdırma metodundan istifadə olunması
  • Yapışdırıcının son istifadə tarixinin bitməsi
  • Keramik piltələrin ölçüsünə uyğun olaraq səthin daraqlanmaması

 

Problemin həlli yolları:

  • Su çəkmə qabiliyyətli yerləri əvvəlcədən nəmləndirməlimetlax
  • Səth binder astarlarla astarlanmalı
  • Keramika yapışdırılan səth küləyin təsirindən qorunmalı
  • İstifadə müddəti keçmiş yapışdırıcılardan istifadə etməməli
  • Səthə uyğun olaraq düzgün keramika yapışdırıcısını seçməli
  • Otağın tempraturunu sabit saxlamalı (25 C >)
  • Daraqlı maladan istifadə etməli

 

“Mətanət A” şirkəti  bütün bu tələbləri və təmir zamanı qarşılaşdığımız çətinlikləri nəzərə alaraq müxtəlif təyinatlı kafel metlax yapışdırıcılarının istehsalını davam etdirir. Bu məhsullar istifadə təyinatına görə ən yüksək temperatura, soyuğa, suya və s. davamlıdır. Bütün məhsullarımız haqqına ətraflı məlumat almaq və tətbiq sahələrini bilmək istəyirsinizsə www.matanata.com  ünvanına daxil ola bilərsiniz.