KAFEL VƏ METLAXI BELƏ YAPIŞDIRIN

KAFEL VƏ METLAXIN TƏTBİQ OLUNDUĞU YERLƏR

Təmir zamanı ən çox istifadə olunan, dekorasiyasına fikir verdiyimiz, xüsusi seçimlər etdiyimiz sahələrdən biri də kafel-metlax sahəsidir. Mətbəxlərdə, hamam və tualetlərdə müxtəlif mozaik kafellərdən istifadə edir, gözəl görünüş, komfortlu məkan əldə edirik. Lakin bəzən təmir zamanı yol verilən xırda dediyimiz   amma gələcəkdə fəsadlar yaradacaq səhvləri sizin üçün araşdırdıq74276_kalekim-480x268.

Kafel-metlax yapışdırlıdığı yerlərə görə müxtəlif cür olur ki, bunlar da müxtəlif xassəli yapışdırıcılardan istifadə olunmasını vacib edir. Məsələn, müasir zamanda yerdən isitmə sistemlərinin, alçipanın, köhnə təmirli, boyalı divarların, köhnə parket döşəmənin, aşınmış kafel və metlaxın üzərinə yenidən seramika vurulur. Biz müxtəlif səthlərə kafel və metlaxın yapışdırılma texnikasının incə məqamlarını qeyd edəcik.

Yerdən isitmə sistemləri olan döşəmələrə kafel vurarkən diqqətli olmaq lazımdır. Belə səthlərdə tez tez tempratur dəyişməsi olduğu üçün doğru yapışdırıcılardan istifadəni şərtləndirir. Çünki bu zaman döşəmədəki isitmə boruları qızan zaman səthdə müəyyən genişləməPP.JPG, soyuyan zaman isə gərilmə baş verir. Buna görə də doğru keramika yapşdırıcısını seçmək lazımdır.

Daxili məkanlarda istifadə olunan alçipanların üzərinə bəzən seramika vurmağa ehtiyac yaranır.  Alçipan elastik və titrəşimi olan səth olduğu üçün kafel yapışdıran zaman diqqət edəcəyimiz məsələ kafelin də deformasiya oluna bilməsi və yapışdırıcının nanotexnologiyalı olmasıdır. Çünki adi yapışdırıcılar tərkibinə görə alçipan üzərinə tam yapışmır və gələcəkdə səthin aşınmasına dağılmasına səbəb olur.

 

Nahamar səthlərdə seramika işləri düz və adi yerlərə nisbətən daha çox diqqət tələb edir.  Çünki bu zaman səthi duzluyunu təmin etmək üçün kafel və metlaxın altını da dəqiq hamarlamaq, istifadə olunan yapışdırıcının miqdarını düzgün tutdurmaq lazımdır. Səthin nahamar olması zamanı mütləq əvvəlcədən təmir olunacaq yer qaşınaraq düzləşdirilməli ya da əlavə suvaq işləri aparılmalıdır ki, təmirdən sonra seramikaların düzgün düzülüşü estetik gözəlliyi pozmasın.

 SERAMİKA YAPIŞDIRILACAQ SƏTHİN HAZIRLANMASI

Əvvəllər köhnə sermaika örtüyü olan və ya boyalı yerə yenidən kafel yapışdırmaq üçün bəzi məsələlərə diqqət etmək lazımdır:PPTT.JPG

 

  • Köhnə kafelin tamami ilə sökülməsi və ya onun üzərində çapıqların açılması
  • Boyalı səthin tamamilə qaşınması və ya çapıqların və cızıqların açılması
  • Ən əsas məsələ isə düzgün nanotexnologiyalı yapışdırıcıların seçilməsidir. Çünki ənənəvi üsullar mükəmməl yapışmanı təmin edə bilmir.

“Mətanət A” şirkəti  bütün bu tələbləri və təmir zamanı qarşılaşdığımız çətinlikləri nəzərə alaraq müxtəlif təyinatlı kafel metlax yapışdırıcılarının istehsalını davam etdirir. Bu məhsullar istifadə təyinatına görə ən yüksək temperatura, soyuğa, suya və s. davamlıdır. Bütün məhsullarımız haqqına ətraflı məlumat almaq və tətbiq sahələrini bilmək istəyirsinizsə http://www.matanata.com/?lang=az&id=25    ünvanına daxil ola bilərsiniz.