KERAMİKA YAPIŞDIRICILARI

“Mətanət A” Şirkətinin yüksək keyfiyyətə malik keramika yapışdırıcıları daxili və xarici məkanlarda, üfüqi və şaquli keramika, plitələr, çini, mozaika, qranit, mərmər kimi örtüklərin yapışdırılmasında istifadə edilməkdədir. Rahat istifadəsi, suya və dona qarşı dayanıqlı olmaları Şirkətimizin məhsullarının külli istifadəsinə təkan verən səbəblərdəndir.

Hazırda “Mətanət A” Şirkəti iş sahələrinin müxtəlifliyini nəzərə alaraq müxtəlif çeşidli keramika yapışdırıcıları istehsal edir. Məsələn, xəstəxana kimi bağlanılması qeyri-mümkün olan sahələrdə daha tez quruması ilə, şaquli səthlərdə örtüyün yerində qalmasını təmin edən, yapışdırma xüsusiyyəti çox olması ilə, suya və dona dayanıqlı olması ilə seçilən bir çox keramika yapışdırıcısı növləri istehsal olunur.

“Mətanət A” Şirkəti kafel və ya keramika yapışdırıcılarını istifadə edən şəxslərin istifadə yerinə və xüsusiyyətinə görə də seçim etməsinə şans yaradır, belə ki, istehsal etdiyimiz keramika yapışdırıcıları istifadə yerinə görə ağ və ya boz olaraq istehsal olunur. İçərisinə qatılan sementin xüsusiyyətinə görə rəng alınır. Kafel yapışdırıcıları su ilə qarışdırılaraq hazırlanır. Hazırlanan qarışıq əməliyyat olunacaq səthə vurulur və keramika üzərinə yerləşdirilərək tətbiq olunur. Keramikaların üzərinə alətlə vurularaq boşluqlar ləğv olunur. Ətraflı məlumat üçün “Mətanət A” Şirkətinin www.facebook.com/MatanatA.company, www.facebook.com/MAustaarklubu  rəsmi facebook səhifələrinə və ya saytımızın “Məhsullarımız” bölümünə müraciət edə bilərsiz.