TƏMİR VƏ TİKİNTİDƏ İNNOVATİV YENİLİK: BLOKPAN GİPS HÖRGÜ BLOKLARI

Yarandığı gündən daim nou-hauların (know how), innovativ smart texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti 15 illik uğurlu biznes fəaliyyəti ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə, sənayenin inkişafına və tikinti sektoruna təqdim etdiyi yeni məhsullarla hər zaman öz tövhəsini vermişdir. Yüksək rəqəmsal nanotexnologiyaları tətbiq edən “Mətanət A” şirkəti bu gün həm yerli, həm də xarici bazarda geniş müştəri auditoriyası toplamışdır. Şirkətin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.

“Mətanət A” Şirkəti daima elmi axtarışlarda olmuş, yeni innovativ və ekoloji sağlam məhsulların istehsalına nail olmuşdur. 15-illik yubileyini qeyd edən “Mətanət A” Şirkəti yeni innovativ məhsul olan BLOKPAN Gips Hörgü Bloklarını müştəri auditoriyasına təqdim etdi. Təmir və tikintidə yenilik olan gips hörgü blokları evlərdə, ofis və iaşə obyektlərində arakəsmə divarların yaradılması üçün istifadə olunur.

BLOKPAN Gips Hörgü Bloklarının üstünlükləri

Memarlıq, təmir-tikinti insanların rahatlığına və komfortuna yönəlmiş ən əsas nüanslardan biridir. Bu işdə keyfiyyət istifadə olunan təmir-tikinti materiallardan aslıdır. Ən keyfiyyətli təmir-tikinti əsasasən təbiətdən gələn, təbii əsaslı tikinti materiallarının istifadəsi ilə əldə edilir.

Bütün tarix boyu geniş istifadə olunan gips əsaslı tikintinti materialları müasir dövürdə daha da təkmilləşdirilərək müştəri auditoriyasına təqdim olunmuşdur. Bu baxımdan “Mətanət A” şirkəti elmi axtarışlarını davam etdirərək Azərbaycanda ilk dəfə olaraq gips hörgü bloklarının istehsalına başladı. Bununla da əziyyətli hörgü prosesinə, qara suvağa, astar və üzlük şpatlyovkaya son deyən  şirkət köhnə tikinti üsullarına da son dedi və daha ucuz başa gələn tikinti materialını – BLOKPAN Gips Hörgü Bloklarını ictimaiyyətə təqdim etdi. BLOKPAN Gips Hörgü Bloklarının istehsalı kərpic, qum, sement, astar və üzlük suvağı kimi baha başa gələn materialların istifadəsinə son qoydu. Artıq evində arakəsmə işləri görmək istəyənlər gips blokları bir-birinə montaj etdikdən sonra boya  və ya divar kağızını birbaşa vurmaqla təmiri başa çatmış hesab edə bilərlər.

Gips bloklar Avropanın bir çox ölkələrində istehsal edilən və geniş yayılmış tikinti materialıdır. Bu tikinti materialının bir çox üstün cəhətləri vardır:

  1. BLOKPAN Gips Hörgü Blokları sağlamlığın qarantıdır.
  2. Gips Hörgü Bloklarından istifadə      etməklə təmir işini tez bir zamanda başa çatdıra bilərsiniz. Çünki gips hörgü bloklarından istifadə etdiyiniz zaman qara suvağa, astar və üzlük şpaklyovkaya ehtiyac qalmır. Bu, təmir prosesinin daha surətli başa çatmasına səbəb olur və eyni zamanda təmir xərcini də minimuma endirir. Bundan başqa digər hörgü      materiallarına nisbətən yüngüldür və montaj işi daha asan başa gəlir.      Hesablamalar zamanı 1 kv/m tikinti zamanı gips blokdan istifadə kərpiclə      hörülmüş divara nisbətən təmir xərcinin 15 %-ə qədər ucuz olduğu müəyyənləşdirilmişdir.
  3. BLOKPAN  Gips Hörgü Bloklarının qalınlığı 8-10 sm arasında dəyişdiyinə görə kiçik evlərdə otaqların genişliyinə imkan yaradır.
  4. İstilik və nəm izoliyasiyalıdır. Bildiyimiz kimi gips əsaslı məhsullar nəfəs aldığına görə, otaqda nəm və tempratur tənzimlənir. Gips blok istifadə olunmuş      otaqlar kərpic və betona nisbətən 3 dəfə daha çox tempraturu tənzimləyə bilir. Bununla da biz enerjiyə də qənaət etmiş oluruq. Otaqlarda tempraturun tənzimlənməsi və divarların nəfəs alması nəticəsində otqada      nəm problemi olmur.
  5. Eyni      zamanda BLOKPAN Gips Hörgü Blokları səs izolyasiya qabiliyyətinə malikdir. Digər hörgü materiallarına nisbətən gips əsaslı məhsulların səskeçiriciliyi aşağıdır. Bundan başqa bu  blokların içərisindəki xüsusi deşiklər və gözlə görünməyən məsamələr səsboğucu xüsusiyyətə malikdir. Beləliklə də bir otaqdan digərinə səsin      keçmə ehtimalı minimuma enmiş olur.
  6. BLOKPAN  Gips Hörgü Blokları ilə hörülmüş divarların sınma və ya çatlama ehtimalı yoxdur. Eyni zamanda zəlzələyə və yanğına davamlıdır.

Qeyd etdiyimiz bu üstünlüklər gips hörgü bloklarından istifadənin daha rahat olduğunun əyani sübutudur. Əbəs yerə deyil ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi Avropada gips hörgü bloklarından istifadə geniş yayılmışdır. İqtisadi cəhətdən inkişaf edən ölkəmizdə bu cür tikinti materialının istehsalı təmir və tikintidə bir yenilik olmaqla yanaşı həm də bu sahədə ən müasir texnologiyaların inşaat sektoruna tətbiqinə imkan yaradır.

BLOKPAN Gips Hörgü Bloklarının istifadə qaydası 

BLOKPAN Gips Hörgü Bloklarından əsasən otaqlarda arakəsmələr hörən zaman istifadə olunur. Qeyd etdiyimiz kimi bu bloklar yüngül olduğu üçün montaj işləri mişar daşı və kərpicə nisbətən daha rahatdır. Bloklar montaj olunmadan öncə səthin düzlüyünə əmin olmaq lazımdır. Səth qalıqlardan, daş qırıntılarından təmizlənməli, səthdə əyrilik varsa birinci sıra gips hörgü bloklarının altında düz səth yaratmaq lazımdır. Bloklar əvvəlcədən hamarlanmış və düzgünlüyü alınmış yerdən yerləşdirilməlidir ki, sonradan montaj zamanı problemlərlə qaşı-qarşıya qalmayasınız.  Gips Hörgü Bloklarının üzərində bir-birinə keçirmək üçün xüsusi girinti və çıxıntı yerləşdirilmişdir. Bu da hörgünün rahatlığını təmin edir. BLOKPAN Gips Hörgü Bloklarını bir-birinə yapışdırmaq üçün BLOKPLASTER yapışdırıcısından istifadə olunur. Yapışdırıcı blokların üzərinə (girinti və çıxıntılara) çəkildikdən sonra üst-üstə keçirilir və sıxılır. Blokları bir birinə montaj etdikdən bir neçə saat sonra üzərinə boya və ya divar kağızı vurmaq mümkündür. Buna görə də BLOKPAN ilə təmir işi daha tez və ucuz başa gəlir.

Böyük tikinti layihələrində, şəxsi ev və villaların təmirində “Mətanət A” keyfiyyətinin güvəni ilə istifadə edə biləcəyiniz BLOKPAN Gips Hörgü Blokları Azərbaycan İnşaat tarixində bir yenilik olmaqla hər birinizə zövqlü, rahat, sürətli və bütün bunlarla yanaşı xərclərə qənaət imkanı yaratmışdır.

15 illik yubileyini qeyd edən “Mətanət A” şirkəti bu gün sürətlə irəliləyir və qloballaşır. İstehlakçısına keyfiyyətli məhsullar təqdim etməklə, müştərilərinin rəğbətini və daimi əməkdaşlığını qazanmış şirkət bu illər ərzində edilən əməkdaşlığa böyük dəyər verdiyini istehsal etdiyi yeni məhsullarla daima sübut edib. Belə ki,  “Mətanət A” şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.