RÜTUBƏTİN YARATDIĞI PROBLEMLƏR

Kif problemi sizi də narahat edir?

 

Bəzən mənzilimizdə, ofisimizdə və ya hər hansı bir yerdə divarlarda qara və yaşıl rəngdə nöqtələr, ləkələr görürük. Bu ləkələr evimizin ümumi görkəmini pozmaqla yanaşı sağlamlığımıza da ziyanlıdır. Adətən belə ləkələrə nəmin çox olduğu yerlərdə-mətbəxdə və hamamda rast gəlirik.25 İzoliyasiya barədə yazılarımızda bunun əsas yaranma səbəbini açıqlamışdıq. Bəs əgər artıq təmir işləri başa çatmış və izoliyasiya işləri unudulmuşsa kif ilə necə mübarizə aparmaq olar? Təssüf ki, kif göbələyindən izoliyasiya olunmamış yerlərdən tamami ilə qurtulmaq mümkün deyil. Ama bunun inkişafının qarşısını almaq üçün bir sıra tədbirlər görmək olar.

 

 

Kif Nədir?

 

kuf-nasil-olusur-2

“Kif göbələkləri” havada uçan və inkişaf üçün münbit zəmin axtaran göbələk sporlarının nəm əraziyə düşərək inkişaf etməsindən yaranır. Bu sporlar demək olar ki, hər yerdə mövcuddur. Çox tez mühitə alışır və inkişaf edir. Kif göbələkləri təmir etdiyiniz yerin rənginin dəyişməsi ilə gözlə görünməyə başlayır. Estetik cəhətdən pis görkəm yaratması ilə yanaşı, otaqdan pis qoxunun gəlməsinə səbəb olur. Bundan başqa kif müxtəlif alergiya və tənəfüz yolları xəstəliklərinə səbəb olur.

 

Kif necə və harda əmələ gəlir?

 

Əsasən kifin əmələ gəlməsinin 3 əsas səbəbi vardır: Otaqda rütubətin yüksək olması nəticəsində divarlarda yaranan nəm 80%-i keçir. Yani yüksək rütubət kifin yaranmasının əsas şərtidir. Rütubət gözlə görünmür. Tikinti zamanı izoliyasiya olunmayan divarlarda xarici tərəflə daxildə tempratur fərqi yaranır. Rütubət bu fərqə görə divarlada damcı şəklində formalaşır. Kif göbələyinin qidalanması üçün ən kiçin kir və yemek buxarı kifayət edir. Bundan əlavə divar oboyları, laminant, parket, plastik maddələr və s. kifin inkişafına zəmin yaradır. Bu göbələklər 0°C’dən +50°C-yə qədər tempraturda inkişaf edir. Otaqda izoliyasiya işlərinin aparılmamasından başqa yemək bişirmək, duş almaq, paltar yumaq və qurulamaq və s. rütubətin artmasına səbəb olur.

 

 

        Kifin yaranmasının qarşısını necə alaq?

 

Kiflə mubarizə evinizi tikən və təmir edən zaman başlayır. Yani hidroizoliyasiya və istilik izoliyasiyasının təmin olunması bu problemin 80% həll olunması deməkdir. Əgər siz bu işləri vaxtında görmüsünüzsə o zaman bu xırda məsələlər sizin bu problemdən birdəfəlik azad olmağınıza kömək edəcək:

  • Otaqları vaxtı vaxtında havalandırmaq. Bununla otaqda yaranan nəm çölə çıxarılır.kuf-nasil-olusur-1 Pəncərələri uzun zaman açıq qoymaq olmaz. Çünki bu zaman evin divarları yenidən soyuyacaq və qızma prosesində nəm yaranma ehtimalı olacaq.
  • Heç bir mebeli çöl ilə əlaqəsi olan divarlara dayamaq olmaz. Hava dövranı üçün 5-10 sm məsafə olmalıdır.
  • Yemək hazırlayarkən və duş alarkən  digər qapıları bağlı saxlamaq.
  • Paltarları evdə qurutmamaq.
  • Nəm yarana biləcək əraziləri mütəmadi antiseptik maddələrlə təmizləmək.

 

Unutmayn hər zaman ən öndə duran məsələ sizin sağlığınızdır. Tikinti və təmir zamanı izoliyasiya məsələlərində qənaət dediyimiz şeylər əslində gələcəkdə daha çox xərcə düşməyimizə, sağlamlığımızın və rahatlığımızın əldən getməsinə səbəb olur. Buna görə də gələcəyinizin təməlini bu gündən sağlam qurun.