TƏBİƏTDƏN EVİMİZƏ GƏLƏN SAĞLAMLIQ – GİPS SUVAĞI

Gips nədir?

Gips daşı kimyavi tərkibi kalsium sulfat olan bir mineraldır.alci_tas Tərkibində su olan gips daşı artıq gips suvağına çevrilir. Bu təbii daşlara Azərbaycanda adətən Gədəbəydə və Daşkəsəndə daha çox rast gəlinir. Gips daşı iki fərqli şəkildə emal olunaraq iki növ gips suvağı əldə edilir.

Birinci növ gipsin emalı zamanı gips daşı qırılaraq üyüdülür, sobalarda 120 dərəcəyə qədər isidilərək tərkibindəki suyun müəyyən miqdarı buxarlandırılır. Bundan sonra yenidən üyüdülərək toz halına salınır. Müxtəlif qəlblərə tökülərək dekorasiyalar hazırlamaq  üçün istifadə olunan bu növ,  ən gec yarım saat içində bərkiyir.

İkinci növ gips suvağının alınması üçün üyüdülən gips daşı 450 dərəcədə sobada qızdırılır və tərkibindən su tamamilə çıxarılır. Yenidən üyüdülən maddə hazır hala gəlir. Bu suvaq adətən gec quruyur və daha sonra çox bərk və davamlı suvaq halına gəlir.

Gips suvağının malik olduğu xüsusiyyətlər

  • Oda davamlıdır
  • İstiliyi izolyasiya edir
  • Səs keçirmir
  • Yüngüldür
  • İstifadəsi asandır
  • Asan şəkildə formaya düşür
  • Bakteriyalara qarşı antibiotik xüsusiyyəti daşıyır
  • Rütubəti normada saxlayır
  • Divarlar nəfəs alır
  • Bütün növ tikililərə uyğundur

Gipsin istifadə olunduğu sahələr və faydaları

İqtisadi cəhətdən inkişaf edən ölkələrdə tikililərin əksəriyyətində gips suvağından istifadə olunur. Hətta bəzi  Avropa ölkələrində evləri və ofisləri suvamaq üçün yalnız gips əsaslı suvaqlardan istifadə etməyə icazə verilir.

Qapalı yerlərdə buxarlanan su adətən divarların üzərində istilik fərqindən damcı halına gələrək, təmirin ömrünü qısaldır, divarda kif göbələyinin əmələ gəlməsinə və nəticədə otaqlardan pis qoxunun gəlməsinə səbəb olur.alci-siva Gips suvağı isə istiliyi tənzimlədiyinə görə bu su buxarının damcı halına gəlməsinə mane olur və divarların nəfəs almasını təmin edərək bakteriyaların çoxalmasının qarşısını alır. Bundan başqa gips suvağı qara suvaqlara nisbətən daha yüngüldür. Bu da evin və binanın həddindən artıq  yüklənməsinin qarşısını alır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, gips suvağı istifadə olunan evlərdə elektrik enerjisi və qaz sərfiyyatı daha azdır. Çünki gips suvağı xarici mühitlə daxili mühit arasında istilik balansını qoruyur və istiliyin çölə verilməsinin qarşısını alır. Bəzi insanlar Gipsin bu xüsusiyyətlərini eşitdiklərində təmir və tikinti zamanı onun istifadəsinin baha başa gələcəyini düşünür. Lakin qara suvaqdan fərqli olaraq bu suvaq iqtisadi cəhətdən daha səmərəlidir və gələcəyə sərmayə funksiyasını daşıyır. Yani qara suvaq istifadə edən zaman yuxarıda sadaladığımız səbəblərdən gələcəkdə yaranan problemlər dəfələrlə  təkrar təmirə ehtiyac yaradır.  Gips isə daha uzunömürlüdür. Qeyd etdiyimiz kimi gips nəfəs alır. Bunu sadə bir misal ilə izah edək. Müasir dövrdə tibdə sınıqların üzərinə gips qoyulur. Bu tibbə gipsin insan dərisi ilə eyni dərəcədə nəfəs  almasının məlum olmasından irəli gəlir. Bundan başqa gips antibiotik xarakteri ilə bakteriyalara davamlıdır və bakteriyaların, müxtəlif göbələklərin inkişafının qarşısını alır.

“Mətanət A” şirkəti bütün bu sadalananları nəzərə alaraq, müştərilərinin rahatlığı və sağlamlığı üçün “Ağdağ” natural gips suvağını istehsal etməyə başladı.  Təbiətin dostu olan “Mətanət A” şirkəti təbiəti evimizə gətirərək, evlərimizə sanki ağ ciyərlər bəxş etdi. Artıq nəfəs alan otaqlarımızda övladlarımız daha sağlam böyüyəcək. “Ağdağ” məhsulu haqqına ümumi məlumatı www.agdag.az  saytından əldə edə bilərsiniz.