USTALAR KLUBUNUN FƏALİYYƏTİ GENİŞ, İMKANLARI SƏRHƏDSİZDİR!

“Mətanət A” Şirkəti ustalarının internet və informasiya texnologiyalarının zəngin imkanlarından istifadə edərək yeni bilik və bacarıqlara yiyələnməsi üçün www.usta.az saytını yaratdı.

Təxminən 2000-dən çox üzvü olan “Mətanət A” Ustalar Klubu artıq 10 ildir ki fəaliyyət göstərir. Klubun üzvlərinin sayı getdikcə artsa da,  biz əməkdaşlığımızın daha geniş şəkildə inkişaf etməsi məqsədilə yaradılmış www.usta.az saytı vasitəsilə fikir mübadiləsi apararaq ustalarımızı daha da yaxından tanımağa çalışır, ustalarımıza məlumat və təcrübələrini paylaşaraq daha da böyüyən “Mətanət A” Ustalar Klubu ailəsinin bir üzvü olma imkanına malik olacaqlar.

Saytımızı daim izləyən istifadəçilərimiz:

  • “Ustalar klubu”nun yaranması, məqsədləri və fəaliyyəti  haqda ətraflı məlumat almaqla yanaşı həm də Ustalar klubunun üzvlük anketini dolduraraq klubumuza üzv olmaq imkanı əldə edəcəklər.
  • Ustalarımız üçün keçiriləcək kampaniyalar və hədiyyələr, təlim seminarların və görüşlərin saatı, yeri haqda ilk olaraq məlumat alaraq iştirak etmək imkanı qazanacaqlar.
  • Ən yeni xəbərlər, videolar, fotoşəkilləri təqib edə biləcəklər.
  • Məhsullarımız və onların tətbiqi haqda, təmir prosesləri haqda video və fotoşəkilli informasiyalara sahib olacaqlar.
  • www.usta.az saytı  vasitəsilə özlərinə və ya etdikləri işlərə aid şəkilləri, faylları görə və yükləyə bilərlər.
  • Keçirilmiş təlim seminarlardan və tədbirlərdən fotoşəkilli və videorolikli  xəbərləri izləyə bilərlər.
  • Hədiyyə qazanan və sertifikatla təltif olunan ustalarla tanış olacaqlar.
  • “Mətanət A” Ustalar Klubu üzvlərinin ad günü təbriklərini görə və www.usta.az saytı  vasitəsilə təbrik edə bilərlər.
  • www.usta.az saytının “Forum” bölməsində fikirlərini paylaşaraq görüş, təklif və şikayətlərini ən asan yolla Ustalar Klubuna çatdıra biləcəklər.
  • Forumda hədiyyəli sualları həll edərək həm əylənə, həm də hədiyyə qazana biləcəklər.

“Mətanət A” Ustalar klubu www.usta.az saytında bütün qeyd edilən üstünlükləri ilə sizlərlə görüşməyi gözləyərək, işlərinizdə müvəffəqiyyətlər və bol bol nailiyyətlər arzulayır.