ZİRZƏMİLƏRDƏ NƏMİN QARŞISINI NECƏ ALAQ?

Nəmin yaranma səbəbi nədir?

Bu gün inkişaf edən Azərbaycanda o cümlədən Bakıda fərdi evlərin tikintisi sürətlə gedir. Picture5Tikilən evlər bəzən texniki tikinti qaydalarına cavab vermədiyinə görə sonradan bir sıra problemlərlə üzləşirik. Bu problemlərdən biri də evin zirzəmisinə suyun yığılması, divarların nəm çəkməsi və evlərə pis qoxuların yayılmasıdır. Xəzər dənizi sahilində yerləşən rayonlarda o cümlədən qrunt sularının çox olduğu bölgələrdə bu problemlə demək olar ki hər gün qarşılaşırıq. Əvvəlki yazılarımızda evin bünövrəsini tikərkən hidroizoliyasiya məhsullarından istifadənin zəruri olduğunu qeyd etmişdik. Amma betonlama işləri zamanı bu tədbirlərin görülməsi kifayət etməyə bilər. Çünki mövsümdən aslı olaraq qrunt suları bol yağıntılı aylarda daha da yüksəyə qalxır. Bu zaman isə zirzəmilərdə suyun yığılması müşahidə olunur. Bu da diskomfort şəraitin yaranmasına səbəb olur. Problem təkcə pis  qoxuyla yekunlaşmır. Həm də divarlarda kifin yaranması, təmir olunmuş səthin aşınması, ən əsası isə gələcəkdə tənəffüs yollarında bir sıra xəstəliklərin yaranması ilə nəticələnir. Bu həm əlavə təmir xərclərinə həm da bizim üçün dəyəri pul ilə ölçülməyən sağlamlığımızın itirilməsinə səbəb ola bilər.

Problemi necə həll edək?

Elm və tikinti texnologiyasının inkişafı nəticəsində bu problemin həlli üçün bir sıra vasitələr sınaqdan keçirildi, bir sıra məhsullar istehsal olundu.  Zaman keçdikcə daha da təkmilləşən hidroizoliyasiya  qatqıları bizi bu problemlərdən qurtulmağa kömək etdi. Bu məhsullardan biri də “İzoKrist” məhluludur. Bu məhsuldan fərdi ev tikən hər kəs istifadə edə bilər. Belə ki, hazırlanmış İzoKrist məhlulunu fırça  ilə əvvəlcədən su ilə isladılmış səthə çəkirik.  Qeyd edək ki, gözlənilən nəticəni almaq üçün proses 2-3 dəfə təkrarlanır. Yani qarışıq 2-3 qat səthə fırça ilə çəkilir. Beləliklə də, bizi narahat edən problemdən qurtulmuş olarıq.

Niyə görə “İzoKrist” istifadə etməli?

Bu məhsul həm texniki göstəriciləri, həm keyfiyyəti, həm də istifadə sahələrinə görə daha praktikdir. IzokristBelə ki, bu hidroizolyasiya məhsulundan daş divarlar və zirzəmilərin divarları ilə yanaşı, daxili və xarici məkanlarda, su anbarlarında, tunellərdə, lift şaxtalarında, bərələrdə və limanlarda istifadə olunur. Məhsulun istifadəsi  isə çox sadədir. Bu da onun üstünlüyünün göstəricilərindən biridir. “İzoKrist” asanlıqla hazırlanır , fırça ilə çəkilir, tərkibindəki uzunmüddətli kristallar vasitəsilə çatları doldurur və suyun keçməsinin qarşısını alır, beton və səthləri suyun korroziya təsirlərindən qoruyur, su təzyiqinə davamlıdır, su buxarını keçirmir, donma və əriməyə davamlıdır, tərkibindəki kristallar açılmaz, səthdən qopmaz və köhnəlməz, o cümlədən içməli su anbarlarında da etibarlı şəkildə istifadə oluna bilər.